AFFA-nın Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu

AFFA-nın Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəlli olacaq.

İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:

  • - Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
  • - Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
  • - Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
  • - Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
  • - Digər məsələlər
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər