AFFA-nın binası Türkiyə bayraqlarına büründü - FOTOLAR

AFFA-nın binası Türkiyə bayraqlarına büründü - FOTOLAR

AFFA zəlzələ fəlakəti yaşayan Türkiyəyə dəstək mesajı verib. 

Fanat.Az-ın məlumatına görə, qurumun binası qardaş ölkənin bayraqlarına bürünüb. 

Fotoları AFFA-nın əməkdaşı Töhrə Əhmədova sosial şəbəkə hesabı üzərindən paylaşıb. 

Qeyd edək ki, ötən gün AFFA TFF-nin yardım üçün müraciətində qeyd olunmuş bank hesabına 500 000 Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti də köçürüb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

AFFA-nın binası Türkiyə bayraqlarına büründü - FOTOLARAFFA-nın binası Türkiyə bayraqlarına büründü - FOTOLAR

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər