AFFA-nın baş katibi tıxaca düşdü

AFFA-nın baş katibi tıxaca düşdü
Dünən axşam millmizin Norveçlə qarşılaşmasını izləməyə gedən sport7.az əməkdaşı maraqlı olaya şahidlik edib. Fanat.az xəbər verir ki, stadiona gedən yolda yaranan uzun avtomobil tıxacında əziyyət çəkənlərdən biri də AFFA-nın baş katibi Elxan Məmmədov olub. 
Oyunun başlamasına 40 dəqiqə qalana qədər səbr edən baş katib belə davam edərsə stadiona gecikəcəyini görərək maşından düşüb. Sürətli addlmlarla stadiona yönələn Məmmədov yarım kilometrdən çox yolu piyada getməli olub. 
Qeyd edək ki, onun bu zəhməti belə millimizi məğlubiyyətdən xilas etməyib, görüş qonaqların minimal qələbəsiylə yekunlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər