AFFA-nın baş katibi "Sportinq" rəsmiləri ilə görüşdü

AFFA-nın baş katibi "Sportinq" rəsmiləri ilə görüşdü
Bu gün “Sheraton Baku Airport Hotel”də AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın "Sportinq" klubunun baş direktoru Valdelmar Barreto və klubun inkişaf direktoru Virgilio Lopeslə görüş keçirib. Görüşün məqsədi "Sportinq" klubu ilə əməkdaşlığın müzakirəsi, təcrübə mübadiləsi və gələcəkdə Bakıda "Sportinq" klubunun uşaq futbol məktəbinin açılması olub.
Portuqaliyalı klub rəsmiləri bu gün Bakı şəhərində AFFA tərəfindən həyata keçirilmiş infrastuktur layihələri ilə tanış olublar.
Qeyd edək ki, bu, baş katib Elxan Məmmədovun "Sportinq" rəhbərliyi ilə ikinci görüşüdür.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər