AFFA neftin pulunu əsirgəməyəcək - ÖZƏL

AFFA neftin pulunu əsirgəməyəcək - ÖZƏL

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiyanı, 4 gün sonra Rusiyanı öz meydanında qəbul edəcək milliyə inanılmaz məbləğdə mükafat ayrılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, britaniyalılar üzərində zəfər qazanacaqları təqdirdə, yaxşı pul qazanacaq milli üzvləri simal qonşularımızı yenəcəyi halda hərəyə 80 min manat irəli düşəcək. 

Oyunu ehtiyat oyunçular skamyasından izləyənlər 40, adı iştirak ərizəsinə daxil edilməyənlər təxminən 25 min "qatlayacaq". Prinsipial rəqibdən 1 xal almaq mümkün olsa, meydana çıxanlar 40, ehtiyatda qalanlar 20, "18-liy"ə düşməyənlər 10  min alacaq. Bir sözlə, futbol başbilənləri Farer adaları, San Marino, Andorra və Lixtenşteynlə eyni nəticə göstərən - seçmə qrup mərhələsində qələbə üzünə həsrət qalan Azərbaycanın F qrupunun sonuncusu olmaması üçün "para sandığını açmağa" hazırdı.

Fanat.az  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər