AFFA "Neftçi"nin yeni transferini milliyə cəlb etmək üçün hərəkətə keçdi 

AFFA "Neftçi"nin yeni transferini milliyə cəlb etmək üçün hərəkətə keçdi 

"Neftçi"nin yeni transferi Azər Əliyevin Azərbaycan yığmasına cəlb olunması AFFA-nın əsas hədəflərindəndir.

Fanat.Az-ın məlumatına görə, futbol qurumu artıq lazım olan sənədləri toplamağı və FİFA-ya müraciət etməyi planlaşdırır.

Yalnız FİFA-nın qərarından sonra milliyətcə azərbaycanlı olan Azər Azərbaycan Premyer Liqasında yerli statusu ilə oynaya bilər.

Qeyd edək ki,  Əliyev bir neçə gün öncə Rusiya "Ufa"sından ayrılaraq "Neftçi" ilə 3,5 illik müqavilə bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər