AFFA Neftçaladakı hadisələrə hüquqi qiymət verdi

AFFA Neftçaladakı hadisələrə hüquqi qiymət verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

* “Neftçala” - “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. "Neftçala" klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticəsində "Neftçala" klubunun futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə ediblər. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

- “Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq 1000 manat cərimə olunur.

- Meydan sahibi komanda stadionun təhlükəsizliyi lazımı səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunur.

* “Şərurspor” - “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu” klubunun futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

- Oyunun fasiləsi zamanı “Ağsu” klubunun məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanır klub 400 manat cərimə olunur.

* “Bakılı” - “Mil-Muğan” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

* “Qaradağ Lökbatan” - “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.

* MOİK - “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK klubunun futbolçusu Rəşad Hacızadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər