AFFA Namiq Ələsgərovu yenidən Almaniyaya göndərdi

AFFA Namiq Ələsgərovu yenidən Almaniyaya göndərdi
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda Namiq Ələsgərov zədələnmiş və bir müddət  sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuşdu. 
Fanat.az xəbər verir ki, bu gündən etibarən Namiq Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna başlayıb. Futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər