AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Şəkmir"lə oyunun 89-cu dəqiqəsində "Şuşa Qarabağ"ın baş məşqçisi Nadir Qasımovla məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldıb. Hər iki məşqçi 1 oyunluq cəzalandırılıb, klub hər birinə görə 100 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra isə Nadir Qasımov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalandırılıb, klub 2000 manat cərimə edilib. Bu hal ikinci dəfə təkrar olunduğuna görə Nadir Qasımovun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına qadağa qoyulub.
"Neftçala" ilə oyunun 72-ci dəqiqəsində "Göyəzən"in futbolçusu Babək Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.
Fanat.az