AFFA Mingəçevirdə məşq meydançası inşa edir

AFFA Mingəçevirdə məşq meydançası inşa edir

AFFA Mingəçevirdə süni ot örtüklü məşq meydançası quraşdıracaq. 

Fanat.Az xəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ərazisində salınacaq 113mX76m ölçülü meydançada drenaj xəttinin qurulması, su rezervuarlarının və nasosxananın tikilməsi, həmçinin suvarma sisteminin çəkilməsi nəzərdə tutulub.

Tenderə 2022-ci il 14 yanvar saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün işə başlama tarixi kimi müqavilə bağlandıqdan dərhal sonra - 21 yanvar 2022-ci il müəyyənləşdirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər