AFFA milliyə nə qədər mükafat verəcək? - açıqlama

AFFA milliyə nə qədər mükafat verəcək? - açıqlama

AFFA Maltanı 2:0 hesabı ilə udan milli komandaya mükafat verəcək. Fanat.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov məlumat verib: 

"Təbii ki, bir sistem var və bu sistemə uyğun hesablama aparacağıq. Rövnəq Abdullayev bununla bağlı açıqlama da verib. Futbolçular milli komandadan heç bir maaş almırlar. Onlar öz klublarından pul alır. Milli komandada oynamaq onlar üçün fəxrdi, amma maliyyə motivasiyası da olacaq. Bəzi federasiyalar milli komandaya düşən futbolçulara maaş verir. Bəzi futbolçular sponsorlardan pul alır. Biz isə rəqibdən asılı olaraq nəticəyə uyğun mükafat verilir. Sonuncu mükafat 1 ildən də artıq vaxtdı ki, verilib".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər