Macarıstanda keçirilən Avropa çempionatın seçmə mərhələsində uğurlu çıxış edən 19 yaşlılardan ibarət yığma komandamızın elit-raunda vəsiqə qazanmasından xəbərdarsınız.
Fanat.az sportinfo.az-a istinadən xəbər verir ki, öncə AFFA rəhbərliyi bu uğurlu nəticəyə görə futbolçulara 10 min dollara mükafatı söz veribmiş.
Ancaq üstündən uzun müddət keçsə də, hələ ki, vəd olunan pul uşaqlara ödənilməyib. Bundan başqa, həmin məbləğin 3 min dollara endirilib. Amma nədənsə AFFA rəhbərliyi həmin 3 mini də vermək fikrində deyil.
Fanat.az