19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Bakıda təlim məşq toplanışına start verəcək.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu yığma avqustun 20-də Bosniya və Herseqovinaya yollanacaq və bir həftə sözügedən ölkədə hazırlıq prosesində olacaq.
U-19 avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın uyğun yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
1. Məlik-Yeqanov Vaqif Qarabağ 2. Həsənov Sahib Şamaxı 3. Kazımov Rəvan Neftçi 4. Abbasov Rüfət Neftçi 5. Süleymanlı Ayxan Sumqayıt 6. Ramazanov İbrahim Qəbələ 7. Rüstəmov Emin Səbail 8. Rəşidov Nuğay MOİK 9. Məmmədov Musa Qarabağ 10. Abdullayev Firəddin Sabah 11. Bədizadə Ayxan Səbail 12. Agayev Samir Qəbələ 13. Mikayılov Həmzəalı Sabah 14. Quliyev Nicat Sabah 15. Şahniyarov Şahin Qəbələ 16. Adilxanov Edgar Şamaxı 17. Kərimov Cavad Kəpəz 18. Məmmədov Elcan Səbail 19. Ağayev Mahmud Zirə 20. Axundzadə Nəriman Qarabağ 21. Musayev Nurlan Neftçi 22. Səfərov Qurban Şamaxı 23. Ağayarov İbrahim Qarabağ 24. Salyanski Ağadadaş Neftçi 25. Şəfiyev Sadiq Turan Tovuz