AFFA millimizə braziliyalı baş məşqçi gətirdi

AFFA millimizə braziliyalı baş məşqçi gətirdi
Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, ispaniyalı Tino Peresin tərk etdiyi post braziliyalı mütəxəssisə tapşırılıb.
 
Belə ki, yığmamızın baş məşqçisi vəzifəsi Milton Luiz Ziller Juniora həvalə olunub. Cənubi amerikalı çalışdırıcı yığmamızın tarixində 2-ci braziliyalı məşqçisidi. Peresə qədər bu postu tutan Joze Alesio komandamızı tarixində ilk dəfə Avropa çempionatına daşımışdı.
 
Qeyd edək ki, Junior millimizi Kolumbiyada keçiriləcək "DÇ-2016"ya hazırlayıb, mundiala aparacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər