AFFA 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayevin istefasını qəbul edib. Fanat.az хəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, Mirbağır İsayevin istefasını qəbul edib və U-17-nin baş məşqçisi vəzifəsi 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına başçılıq edən Təbriz Həsənova həvalə olunub.
Qeyd edək ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.
Fanat.az