Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. Fanat.az xəbər verir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində I divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, birinci divizion və Topaz Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan U-15 yığmasına baş məşqçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.
Fanat.az