AFFA milli komandanı braziliyalı mütəxəssisə tapşırdı

AFFA milli komandanı braziliyalı mütəxəssisə tapşırdı

Futzal üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. 

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə yenidən Joze Alesio Da Silvaya həvalə olunub. 

Braziliyalı mütəxəssis həmyerlisi Biro Jadeni əvəzləyib.

Qeyd edək ki, Joze Alesio da Silva 2009 - 2014-cü illərdə də Azərbaycan millisinə rəhbərlik edib. O, 2008/2009 mövsümündə “Araz Naxçıvan”ın da baş məşqçisi olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər