Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub.
Fanat.az xəbər verir ki, sonra AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin iştirakı ilə görüş keçirilib.
Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, braziliyalı Biro Jade azərbaycanlı azarkeşlərə yaxşı tanışdır. O, əvvəllər millimizdə və "Araz" klubunda çıxış edib.

Fanat.az