AFFA Lukaş Sapelanın cəzasını açıqladı

AFFA Lukaş Sapelanın cəzasını açıqladı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qəbələ" ilə oyunda iki penalti qaytaran və ikinci qurtarışdan sonra - 74-cü dəqiqədə qeyri-etik jest göstərdiyinə görə meydandan qovulan "Rəvan"ın qapıçısı Lukaş Sapela 3 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub. Həmçinin "Qəbələ" 4, "Rəvan" 7  futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəyəcək.
"Xəzər Lənkəran"la oyununu 90+1-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan AZAL-ın futbolçusu Aleksandr Şemonayev 1 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər