AFFA Lomayanı bağışladı, Muradbəylini yox

AFFA Lomayanı bağışladı, Muradbəylini yox

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda “Bakılı”nın, “İnter”in və “Neftçi”nin müraciətlərinə baxılıb. 

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. AFFA-nın İntizam Komitəsinin “Bakılı” barədə çıxardığı qərar (“Göyəzən” - “Bakılı” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılsın. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.

2. “İnter”in futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın. “İnter”in futbolçusu Georgi Lomaya barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Georgi Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

3. “Neftçi”in futbolçusu Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər