AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri dəyişdi

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri dəyişdi

Sərxan Hacıyev AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsindən ayrılıb.

Bu barədə "Report"a Hacıyevin özü məlumat verib.

O, Elçin Məmmədovun yenidən bu posta qayıtdığını bildirib: "Uzun müddət Lisenziyalaşdırma qrupuna Elçin müəllim rəhbərlik edib və həmin şöbədə çalışıb. O, 2017-ci ildə AVRO-2020 layihəsi ilə bağlı UEFA-dan dəvət aldı və qurumun əməkdaşı kimi çalışırdı. Layihə bitdi, artıq 1,5 aydır AFFA-ya geri dönüb və Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsinə təyin olunub".

Hacıyev özünün Lisenziyalaşdırma qrupunda yer almadığını və AFFA-da baş katibin müavini kimi işinə davam edəcəyini sözlərinə əlavə edib.

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri dəyişdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər