AFFA lisenziyaları payladı, mükafat verdi - FOTOLAR

AFFA lisenziyaları payladı, mükafat verdi - FOTOLAR

Bu gün AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

 

Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla, həmçinin adları aşağıda qeyd olunmuş klub nümayəndələri xüsusi sertifikatlarla təltif olunub:

- Zöhrab Hacıyev (Neftçi PFK) – ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri

- Mənsurə Məmmədova (Kəpəz PFK) - ötən mövsümün ən yaxşı maliyyə meneceri

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər