AFFA-nın baş katibi Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippertin istefa qərarına münasibət bildirib. Fanat.az xəbər verir ki, baş katib bu məsələnin seçmə mərhələ başa çatandan sonra müzakirə olunacağını deyib:
"Biz seçmə mərhələnin gedişində baş məşqçi dəyişmirik. Bu barədə o, bizə daha öncədən xəbər vermişdi. Seçmə mərhələ başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə də məsləhətləşəcəyik. Lippertə təklif etmək lazımdı ki, Portuqaliya ilə oyundan öncə də istefasından danışsın, bəlkə, orada da qələbə qazandıq".
Qeyd edək ki, Lippert İsraillə oyundan əvvəl U-21-i tərk etmək istədiyini açıqlamışdı. Bundan sonra komandamız 3:0 hesablı qələbə qazandı.
Fanat.az