AFFA Lənkəran komandalarını çempionatdan kənarlaşdırdı

AFFA Lənkəran komandalarını çempionatdan kənarlaşdırdı

AFFA İntizam Komitəsi Lənkəranın "Təhsil" komandasını U-13 və U-10 liqalarından kənarlaşdırıb.

Fanat.Az xəbər verir ki, buna hər iki komandanın çempionat oyunlarına təyin olunan vaxtda gəlməmələri səbəb olub. "Təhsil"in U-13 komandası “Qala 95” (Masallı), U-10 komandası isə “Xəzər 92” ilə görüşdə üzrlü səbəb olmadan iştirak etməyib.

Bu hal üçüncü dəfə təkrarlandığından, onlar yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesablı texniki məğlubiyyət verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər