AFFA legioner limtini yenidən dəyişib. Fanat.az xəbər verir ki, bununla bağlı bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Qərara əsasən, 6+4+1 (6 əcnəbi, 4 yerli və 1 yerli 23 yaşadək - 1992-ci il təvəllüdlü) formatında olacaq. Lakin oyunun protokoluna daxil edilən 18 futbolçudan biri mütləq 21 yaşadək (1994-cü il təvəllüdlü) olmalıdı.
Qeyd edək ki, cari mövsümdə 7+4 sistemi tətbiq olunur. Bundan əvvəl qəbul olunan qərarda yerli futbolçulardan ikisi 21 yaşından aşağı olmalı idi.
Fanat.az