AFFA klublarımıza xarici məşqçilər gətirir

AFFA klublarımıza xarici məşqçilər gətirir
İcraiyyə Komitəsinin qərarına əsasən Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunacaq. Fanat.az xəbər verir ki, idman direkorları əcnəbi mütəxəssislər olacaq.
Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib: "Biz radikal addım ataraq, AFFA-nın hesabına xarici məşqçiləri 10 Premyer Liqa klubuna ezam etdirəcəyik. Onların əmək haqqını və bütün xərclərini AFFA ödəyəcək. Həmin məşqçilər ancaq həmin klublarda uşaq futboluna nəzarət edəcək. Biz onların vasitəsilə biləcəyik ki, həmin klublarda uşaq futbolu hansı səviyyədədi və məşqlər necə gedir. İnanırıq ki, bu addım gənc futbolçuların yetişməyinə töhfə verəcək". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər