İdman24.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasının 32-ci turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qərar verilib.Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Oyunun 60-cı dəqiqəsində “Neftçi” klubunun futbolçusu Denis Silva Kruz kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunub.Oyunun 12, 37 və 79-cu dəqiqələrində “Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə editdikləri və matçın 62-ci dəqiqəsində və matçdan sonra meydançaya kənar əşya atdıqları üçün klub 2000 manat cərimə olunub.“Neftçi” klubu azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.Topaz Premyer Liqasının XXXII turunun “Turan” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5, “Turan” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.Matçın 82-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.Topaz Premyer Liqasının XXXII turunun “Xəzər Lənkəran” – “Rəvan” matçının 68-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Ramil Həşimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.İdman24.az
AFFA klubları cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar