AFFA klublara idman direktoru təyin edəcək

AFFA klublara idman direktoru təyin edəcək
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.
İcraiyyə Komitəsinin qərarına əsasən Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunacaq. İdman direktorlarının məvacibi AFFA-nın hesabına ödəniləcək. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər