AFFA klublara ayrılan məbləği artıra bilər

AFFA klublara ayrılan məbləği artıra bilər

Dövlət tərəfindən Azərbaycan Premyer Liqasının klublarına ayrılan maliyyə vəsaiti artırıla bilər.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyib.

O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclaslarında bu barədə müzakirələr aparılacaq: “Bu məsələ müzakirəyə açıqdır. Qarşıdakı görüşlərdə bu barədə danışılacaq. Maliyyə yardımının məbləği məsələsinə yenidən baxılacaq. Bütün illik xərclər hesablanandan sonra İcraiyyə Komitəsi bu mövzuya yenidən qayıdacaq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər