AFFA klub rəsmisini və 2 məşqçini cəzalandırdı

AFFA klub rəsmisini və 2 məşqçini cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun VIII və X turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. İntizam komitəsinin qərarlarını təqdim edirik:
I divizionun VIII turunun təxirə salınmış görüşü “Bakılı” - “Şuşa” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 52-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Fərid Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 200 manat cərimə olunur.
I divizionun X turunun “Mil-Muğan” - “Şuşa” matçının 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Elnur Soltanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun X turunun “Kəpəz” - MOİK matçının 32-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov və oyunun 80-ci dəqiqəsində “Kəpəz” klubunun məşqiçisi Anar Kələntərov texniki zona qaydalarını pozduqlarına görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanır, klublar 100 manat cərimə olunur.
I Divizionun X turunun “Bakılı” - “Ağsu” matçı başa çatdıqdan sonra “Bakılı” klubunun inzibatçısı Rövşən Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.
I Divizionun X turunun “Qaradağ Lökbatan” - “Lokomotiv” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
I Divizionun X turunun “Şahdağ” - “Neftçala” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 64-cü dəqiqəsində “Şahdağ” klubunun futbolçusu Elmar Yahyabəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
- Oyununun 90-cı dəqiqəsində “Şahdağ” klubunun futbolçusu Faiq Ağarəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər