AFFA "Kəpəz"lə "Turan Tovuz"u cərimələdi

AFFA "Kəpəz"lə "Turan Tovuz"u cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, mövsümün ilk iclasında Misli Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.

“Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Zirə”nin futbolçusu Dmitrios Çantakias qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qarabağ” – “Səbail” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Turan Tovuz” – “Qəbələ” oyununun 32-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər