AFFA "Kəpəz"i, "Turan Tovuz"u və "Qarabağ"ı cərimələdi

AFFA "Kəpəz"i, "Turan Tovuz"u və "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.

Fanat.Az xəbər verir ki, "Kəpəz" XXXV turda "Zirə"yə 0:1 hesabı ilə uduzduğu oyunda azarkeşlərin hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat ziyana düşüb.

“Qarabağ” – “Turan Tovuz” matçından (4:3) sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat ödəyəcək.

"Araz-Naxçıvan" isə "Qəbələ"yə uduzduğu (0:2) qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər