AFFA Kardosonu əfv etdi: cəmi 1 oyun...

AFFA Kardosonu əfv etdi: cəmi 1 oyun...

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXVII və XXVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

XXVII tura görə yalnız "Xəzər Lənkəran" cərimələnib. "Sumqayıt"la oyunda 4 futbolçusu sarı vərəqə alan Lənkəran klubu 1000 manat ziyana düşüb.

XXVIII turun "Simurq" - "Neftçi" matçının 74-cü dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Karlos Kardoso 3 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

"Neftçi" həmçinin 6 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə edilib. "Qəbələ" isə AZAL-la oyunda 4 oyunçusuna sarı vərəqə göstərildiyindən eyni miqdarda cərimələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər