AFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. Fanat.az bəyanatı olduğu kimi təqdim edir:
"2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.
AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".
Fanat.az