AFFA iki klubu cərimələdi

AFFA iki klubu cərimələdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Lokomotiv”lə oyunun 90+2-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. AFFA futbolçunu 1 oyunluq cəzalandırıb, klubu 20 manat cərimə edib.
“Neftçala” - “Kəpəz” matçında isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər