AFFA iki klubu azarkeşlərinə görə cərimələdi

AFFA iki klubu azarkeşlərinə görə cərimələdi

AFFA İntizam Komitəsi növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasında XXXI turun görüşlərdə yaşananlar müzakirə olunaraq hüquqi ölçü götürülüb.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 500 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Turan Tovuz” isə azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün 1 500 manat ziyana düşüb. 

Bundan başqa, "Şamaxı" - "Kəpəz" matçının 85-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Bölgə təmsilçisi legionerin hərəkətinə görə 500 manat cərimələnib. 

"Kəpəz" isə ehtiyat skamyaya dəymiş zərərə görə ziyan düşüb. Dəymiş zərərin "Kəpəz" tərəfindən qarşılanması qərara alınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər