AFFA İdman Akademiyası ilə birgə məşqçi kursu keçirir

AFFA İdman Akademiyası ilə birgə məşqçi kursu keçirir

Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə əməkdaşlığı çərçivəsində UEFA-nın “C” kateqoriyalı məşqçi kursu keçiriləcək.

Fanat.Az xəbər verir ki, məşğələ 7 aprel - 30 iyun tarixləri arasında təşkil ediləcək.

Kurs akademiyanın “Məşqçilik” (futbol) ixtisası üzrə bakalavriat səviyyəsinin IV kurs tələbə və məzunlarını əhatə edəcək.

Bununla əlaqədar ASA-nın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov və “Məşqçilik” tədris proqramının rəhbəri İlqar Əliyev kursun başlaması ilə bağlı çıxış ediblər.

Daha sonra AFFA-nın təlimçiləri Cahangir Həsənzadə, Aslan Kərimov və Osman Rəhimovun ASA-nın professor-müəllim heyətindən seçilən kursun təcrübi hissəsində iştirakçılarla işləyəcək metodist-təlimatçılarla görüşü olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər