AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və yeri bilindi 

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və yeri bilindi 

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, İK-nın növbəti iclası yanvarın 11-də Gəncədə keçiriləcək. 

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi 2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) 3. Digər məsələlər

Qeyd edək ki, sabah Gəncədə "Kəpəz" Futbol Akademiyasının yeni binasının açılışı da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər