AFFA İcraiyyə Komitəsinin iclasının başlama vaxtı dəyişdi

AFFA İcraiyyə Komitəsinin iclasının başlama vaxtı dəyişdi

Bu gün keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclasının başlama saatı dəyişdirilib. 

Fanat.Az AFFA-nın saytına itinadən xəbər verir ki, iclas nəzərdə tutulduğu kimi, saat 17:00-da deyil, saat 14:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi 2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi 3. “Sabah” klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması 4. Digər məsələlər

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər