Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda komitə üzvlərindən Kazbek Tuayev, Rauf Əliyev və Firudin Qurbanov iştirak etməyib.
İclas başa çatandan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşüb, ardınca millinin məşqini izləyiblər.
Qeyd edək ki, milli komandamız hazırda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə oyuna hazırlaşır.
Fanat.Az