AFFA I Liqa klubuna texniki məğlubiyyət verdi

AFFA I Liqa klubuna texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi I Liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Belə ki, XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.

Qeyd edək ki, "Qaradağ Lökbatan"ın qaydanı pozması barədə ilk olaraq Fanat.Az məlumat yaymışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər