AFFA I Divizion komandalarını cərimələdi

AFFA I Divizion komandalarını cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az-ın xəbərinə görə, toplantıda I Divizionun XXX turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub. 

“Mingəçevir” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 39);

MOİK – “Neftçi-2” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə MOİK klubu 80 manat cərimə edilir (maddə 39);

“Sumqayıt-2” – “Kəpəz-2” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 60). 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər