"Azərbaycan Xorvatiyaya qalib gəlsə, hər bir futbolçu 100 min avro məbləğində mükafat alacaq". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in yarımmüdafiəçisi Matiya Şpiçiç deyib.
Xorvatiya mətbuatına açıqlama verən Şpiçiç zədəli olduğu üçün hazırda vətənində müalicə olunur. O, millimizin oyunun canlı izləməyi planlaşdırır.
Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Xorvatiyanın qonağı olacaq.
Fanat.az