AFFA Həmkarlar İttifaqı sabah toplanır

AFFA Həmkarlar İttifaqı sabah toplanır
AFFA Həmkarlar İttifaqı sabah toplantı keçirəcək.
Fanat.az xəbər verir ki, həmin toplantıda Həmkarlar İttifaqı adından ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlanacaq. Müraciətdə Azərbaycan futbolunun problemləri və onlardan çıxış yolu dövlətimizin başçısına çatdırılacaq.
Daha sonra isə Həmkarlar İttifaqının rəhbərliyi jurnalistlərin suallarını cavablandıracaq.
Bir neçə gün bundan əvvəl AFFA Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanov müsahibəsində həmin müraciətin hazırlandığını demişdi.
Qeyd edək ki, toplantı sabah, yəni yanvarın 24-də "Altus” otelinin konfrans zalında keçiriləcək.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər