AFFA yığmanın yoxlama oyunu keçirməsi üçün 3 ölkə ilə danışıqlar aparır. Fanat.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov açıqlama verib:
"Üç ölkə ilə danışıqlar gedir. Klublar da gündəmdə var. Bizi Dubaya dəvət etdilər, ancaq biz Antalyanı seçdik. Çünki U-16 və U-21 Antalyada olacaq. Prosineçki də gənclərin oyununu izləmək istəyir. Baş məşqçi ilə danışdıq. Oyun olsa, lap yaxşı olar. Rəqiblər arasında İordaniya, Yəmən və Moldova yığmaları var. Belarus da var idi, sadəcə, tarixləri bizimlə uyğun gəlmədi".
Fanat.az