AFFA hakimlərin qiymətini qaldırdı

AFFA hakimlərin qiymətini qaldırdı

Azərbaycan çempionatlarında hakim idarəçiliklərinin qiymətləndirmə sistemi dəyişdirilib. Fanat.az xəbər verir ki, bu haqda Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov məlumat verib.

 

Onun sözlərinə görə, dəyişiklik FİFA və UEFA-nın təlimatları əsasında aparılıb. Cabbarov bu yaxınlarda AFFA-da keçirilmiş seminarda Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və I divizionun oyunlarına təyinat alan 55 hakim-inspektorun yeniliklər barədə məlumatlandırıldığını açıqlayıb: "Əvvəllər 8,1-dən yuxarı qiymət alan hakimlərin işi çox yaxşı sayılırdı. Amma indi 8,3-8,4 bal normal qiymət sayılır. 8,5 baldan yuxarı isə çox yaxşı qiymət hesab olunacaq".

 

Lakin Cabbarov hakimlərin işi barədə rəyin hakim-inspektorların qiymətləri əsasında formalaşdırılacağını təsdiqləməyib: "Bu məsələ AFFA Hakimlər Komitəsinin səlahiyyətindədi. Hər ikimiz ayrıca komitəyik və hərəmiz öz işimizi görürük".

lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər