AFFA hakimləri təhqir edən baş məşqçilərə ağır cəza verdi

AFFA hakimləri təhqir edən baş məşqçilərə ağır cəza verdi

AFFA hakimləri təhqir edən baş məşqçiləri 5 oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, bu qərar qurumun İntizam Komitəsinin iclasında qəbul olunub.

Dekabrın 1-də Gənclər Liqasında keçirilən “Sumqayıt” - “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.

AFFA U-14 Liqasında keçirilən “Çinar” –”Azəri” oyununda isə “Çinar”ın baş məqşçisi Elçin Quziryani hakimlər briqadasını təhqir etməklə yanaşı, texniki zona qaydalarını pozduğu, həmçinin referilərə fiziki təzyiq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığına görə 5 oyun diskvalifikasiya edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər