"Reynaldonun məsələsi açıq olaraq qalır. Təəssüf ki, braziliyalı futbolçunun Azərbaycanla heç bir bağlılığı yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib ki, braziliyalını milliləşdirmək üçün əsas yoxdu: "O, burada cəmi iki ildi çıxış edir. Bunu hamı bilir. Bizim Reynaldonu milliləşdirmək üçün FIFA-ya müraciət etməyə səbəbimiz olmalıdı. Onun İtaliya və Xorvatiya ilə oyunlarda yığmamızda debüt edəcəyi barədə fikirlər həqiqəti əks etdirmir. Bu, ciddi prosesdi".
Elxan Məmmədov "Qarabağ"ın digər üzvü - Riçard Almeyda ilə bağlı da eyni vəziyyətin yarandığını bildirib: "Onunla bağlı da eyni vəziyyətdi. Öncə Reynaldonun məsələsi həll olunmalıdı. Onun məsələsi həll olunmasa, Almeydayla bağlı da yaxşı sonluğa nail olmaq mümkün olmayacaq".
Fanat.az