AFFA Elnur Allahverdiyevlə bağlı qərarını dəyişib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"la kubok matçında hakimi təhqir edən futbolçunun cəzası Premyer Liqa oyunlarına tətbiq olnmayayacaq.
Belə ki, "Qəbələ" Apelyasiya Komitəsi İntizam Komitəsinə müraciət edərək Allahverdiyevə İntizam Komitəsi tərəfindən verilmiş 5 oyunluq cəzaya yenidən baxılmasını istəyib. İntizam Komitəsi isə bu günkü iclasında baş vermiş hadisəni ətraflı araşdırdıqdan sonra məsələyə yenidən baxaraq futbolçunun cəzasının kubok oyunlarına tətbiq olunmasına qərar verib.
Fanat.az