AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri həvəskarlar liqasının final oyununu - “Binə” - “Çağırğan” matçını yenidən müzakirə edib. Qəbul olunmuş qərarı olduğu kimi təqdim edirik:
Həvəskarlardan ibarət “Binə” Futbol Klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək 28 may 2014-cü il tarixdə həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş edib. Apellyasiya və Ekspert Komitəsi insidentin daha ətraflı araşdırılması üçün İntizam Komitəsinə məktub ünvanlayıb.
28 may 2014-cü il tarixində həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” oyununda baş vermiş insident AFFA İntizam Komitəsi tərəfindən yenidən araşdırılıb və yuxarıda qeyd edilənlər nəzərə alınaraq qərara alınıb:
1. AFFA İntizam Komitəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda göstərilən qərarlar qüvvədə saxlanılsın.
2. Yuxarıda qeyd olunan insidentin Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində baş verməsini nəzərə alınaraq “Binə” komandasına AHFF-nin keçirdiyi XVI ölkə kuboku yarışlarında çıxışını davam etdirməsinə icazə verilsin.
Qeyd edək ki, İntizam Komitəsi finaldakı olaylara görə, "Binə"ni AHFF-nin keçirdiyi XVI ölkə kubokundan kənarlaşdırmış, 2014/15 mövsümündə keçiriləcək XVII ölkə birinciliyi və kuboku yarışlarında çıxışa qadağa qoymuşdu. Bundan başqa komandanın baş məşqçisi Məmmədəli Ağatalıbov 1 illik, futbolçusu Vüqar Musayevi 1 oyunluq, Cavid Tarıverdiyevi 4 oyunluq cəzalandırmışdı.
Fanat.az